Türkiyənin ən böyük sənaye holdinqi “SOCAR Türkiyə”nin törəmə müəssisəsi “Petkim” 2021-ci ilin ikinci rübünün nəticələri ilə tarixində ən yüksək maliyyə göstəricilərinə nail olub.
Eləcə də bax: “Petkim” “Ən yaxşı biznes sərmayəsi idarəçiliyi” mükafatına - Layiq Görülüb
FED.az xəbər verir ki, 1 milyard 325 milyon TL həcmində xalis gəlir əldə edən “Petkim” ümumi dövriyyəsini 7 milyard 397 milyon TL-yə yüksəldərək hər iki göstərici üzrə rekord nəticəyə imza atıb. Beləliklə şirkətin ilk 6 aylık xalis gəliri 2 milyard 216 milyon TL yə çatdı.
“Petkim”-in qurulduğu gündən bu vaxtadək əldə etdiyi ən yaxşı göstərici kimi tarixə düşən maliyyə nəticələrində bir səbəbi də dünyada neft-kimya sektorunda müşahidə olunan müsbət şəraitdir.
Belə ki, dünya üzrə bu sahədəki qiymət artımı məhsulun xərclərindəki artımı üstələyib.
“Petkim”-in 2021-ci ilin ikinci rüb maliyyə göstəricilərini dəyərləndirən “SOCAR Türkiyə” Emal və Neft-Kimya Bölməsinin rəhbəri və “Petkim”-in baş direktoru Anar Məmmədov bildirib ki, uğurlu nəticənin səbəblərindən biri sürətlə dəyişən qlobal inkişaf dinamikasının effektiv idarə olunmasıdır: «İstehsal gücündən 95% istifadə etmək və ümumi dövriyyə 7 milyard 397 milyon TL-yə çatdırmaqla şirkətin tarixində rekord rəqəmlərə nail olduq və güclü bir maliyyə göstəricisi ortaya qoyduq».
Anar Məmmədovun sözlərinə görə, neft-kimya bazarında Asiya və Amerika ilə əlaqəli tədarük zəncirində qırılmalar baş verib. Bundan başqa, bazarda ehtiyacdan artıq alışlar böyük tələbata səbəb olub və nəticədə “Petkim”in də istehsalçısı olduğu məhsulun qiymətlərində yüksək artım baş verib.
Peyvəndləmənin genişlənməsi ilə əlaqədar pandemiyanın bitəcəyi barədə gözləntilər də ümumi tələbə təkanverici təsir göstərib və müşahidə olunan bütün bu dönüşlər “Petkim”-in rekord səviyyəyə çatan gəlirində öz əksini tapıb.
Anar Məmmədov demişdir: “İstehsal xərclərinin ötən ilə nisbətən 110%, naftanın qiymətinin isə 60% artdığı bir dövrdə STAR NEZ ilə fasiləsiz inteqrasiyalı istehsalımız “Petkim”-də gəliri yüksəldən digər bir mühüm hərəkətverici qüvvə oldu. İstehsal gücündən istifadəni də ötən ilin müvafiq rübünə nisbətən 2.5% artıran “Petkim”, məlum olduğu kimi, eyni zamanda məhsul satışı ilə yanaşı ticari satışlar da həyata keçirir. Bu satışlardakı artım da rekord gəlirə mühüm töhfə verib».
A.Məmmədov bildirib ki, hesabat dövründə reallaşan 7 milyard 397 milyon TL-lik ümumi dövriyyənin 2 milyard 649 milyon TL-si ticari satışların payına düşüb. «Əldə etdiyimiz bu yüksək maliyyə göstəricisinə müasir qlobal dönüşləri düzgün qiymətləndirərək sürətli və düzgün addımlar atmağımızın da böyük rolu olub. Əldə etdiyimiz gəliri düzgün dəyərləndirərək qısamüddətli borclarımızı da təxminən 90 milyon dollar azaltdıq. Bu isə xalis faiz məsrəflərimizi azaltdığı üçün xalis gəlirimizə də müsbət təsir göstərdi. Bütün bunlarla yanaşı, aktivlərimizi 23%, kapitalımızı 29% artıraraq maliyyə mövqeyimizi gücləndirdik».
Qrupun rəhbəri əldə edilən nəticələrə görə əməkdaşlarına da təşəkkür edib: «Düşünürəm ki, pandemiya səbəbindən dalğalanmaların hələ də davam etdiyi bir şəraitdə nümayiş etdirdiyimiz bu uğurlar qlobal rəqabətdəki mövqeyimizi daha da möhkəmləndirəcək. Qazanılmış nailiyyətlərdə əməyi olan bütün əməkdaşlarımıza və tərəfdaşlarımıza təşəkkür edirəm».
ƏSAS GÖSTƏRİCİLƏR |
Q2 2021 |
Q1 2021 |
Dəyişiklik |
Fərq |
Q2 2021 vs Q1 2021 |
Q2 2021 vs Q1 2021 |
|||
Xalis satışlar (milyon TL) |
7.397 |
5.034 |
47% |
2.363 |
Ümumi gəlir (milyon TL) |
1.884 |
1.210 |
56% |
674 |
Ümumi gəlir marjı (%) |
25,5% |
24,0% |
1,4 |
|
Xalis gəlir (milyon TL) |
1.325 |
892 |
49% |
433 |
Xalis gəlir marjı (%) |
17,9% |
17,7% |
0,2 |
|
EBITDA (milyon TL) |
1.890 |
1.225 |
54% |
665 |
EBITDA marjı (%) |
25,6% |
24,3% |
1,2 |
|