2022-ci ildə SOCAR-ın neft satışından gəlirləri 2021-ci illə müqayisədə 60,6% - 67 milyard 571 milyon manata qədər artıb.
SOCAR-ın yeni gəlir və mənfəəti - REKORD VURDU
FED.az xəbər verir ki, bu barədə SOCAR-ın 2022-ci il ərzində birləşdirilmiş maliyyə hesabatında qeyd olunub.
Hesabata əsasən, SOCAR ötən il neft məhsullarının satışından 24 milyard 281 milyon manat (artım 25,9%), qaz satışından 17 milyard 762 milyon manat (artım 2,5 dəfə), neft-kimya məhsullarının satışından 6 milyard 779 milyon manat (artım 0,45%) gəlir əldə edib.
Bununla yanaşı, 2022-ci ildə şirkətin icarə gəlirləri 25 milyon manat (azalma 90,3%), sair gəlirləri 2 milyard 810 milyon manat (artım 33,5%) təşkil edib.
Hesabat ilində SOCAR-ın ümumi gəlirləri 119 milyard 228 milyon manat məbləğində (artım 53,8%) olub. (İnterfaks-Azərbaycan)