Azərbaycandan bu ilin yanvar-sentyabr aylarında Rumıniyaya 778,6 min ton neft ixrac edilib.
Məlumata görə, Rumıniyaya ixrac edilmiş neftin dəyəri isə 429,3 milyon dollar olub.
Son bir il ərzində ixracın həcmində 279,7 min ton (56,1%), dəyərində isə 129,4 milyon dollar (43,1%) artım baş verib.
Qeyd edək ki, 2024-cü ilin yanvar-sentyabr ayında isə Azərbaycan Rumıniyaya 300 milyon dollar dəyərində 498,9 min ton neft ixrac etmişdi.
Bu ilin yanvar-sentyabr aylarının nəticələrinə görə Rumıniyaya ixrac edilmiş neftin orta hesabla 1 tonunun dəyəri 937 manat olub ki, bu da 2024-cü ilin müvafiq göstəricisinə görə 85 manat (8,3%) azdır. Ötən ilin müvafiq dövründə bu göstərici 1022 manata bərabər olub.
Xam neftin ixrac olunduğu ölkələrin siyahısında Rumıniya 2025-ci ildə 5-ci, 2024-cü ildə isə 9-cu yerdə olub.












