Azərbaycandan bu ilin yanvar-sentyabr aylarında Hindistana cəmi 107,5 min ton neft ixrac edilib.
Məlumata görə, Hindistana ixrac edilmiş neftin dəyəri isə 53,5 milyon dollar olub.
Son bir il ərzində ixracın həcmində 985 min tona yaxın (10,2 dəfə), dəyərində isə 630 milyon dollar (12,8 dəfə) kəskin azalma baş verib.
Qeyd edək ki, 2024-cü ilin yanvar-sentyabr ayında isə Azərbaycan Hindistana 683,6 milyon dollar dəyərində 1 milyon 92 min ton neft ixrac etmişdi.
Bu ilin yanvar-sentyabr aylarının nəticələrinə görə Hindistana ixrac edilmiş neftin orta hesabla 1 tonunun dəyəri 847 manat olub ki, bu da 2024-cü ilin müvafiq göstəricisinə görə 217 manat (20,4%) azdır. Ötən ilin müvafiq dövründə bu göstərici 1064 manata bərabər olub.
Xam neftin ixrac olunduğu ölkələrin siyahısında Hindistan 2025-ci ildə 17-ci, 2024-cü ildə isə 4-cü yerdə olub.