Türkiyənin, "Şimal axının"dan itirilmiş qaz həcmlərini “Türk axını” qaz kəməri vasitəsilə Avropaya çatdırmaq üçün öz bazasında qovşaq yaratmaq infrastrukturu var.
Eləcə də bax: Rusiya Prezidenti Türkiyədə enerji qovşağı yaratmağı - TƏKLİF EDİB
FED.az bu barədə çərşənbə günü TASS-a Ankaranın diplomatik dairələrindəki mənbə Rusiya prezidenti Vladimir Putinin müvafiq təklifini şərh edərkən bildirib.
"Türkiyə "Türk axını" ilə qaz nəqlinin həcmini artırmaq üçün lazımi infrastruktura malikdir. Rusiya prezidentinin təşəbbüsü Avropada enerji böhranının həlli üçün taxıl dəhlizinə bənzər enerji dəhlizinin yaradılması ilə bağlı Türkiyə rəsmilərinin əvvəllər səsləndirdiyi təkliflərə uyğundur”, - mənbə bildirib.
Onun fikrincə, Rusiya prezidentinin təşəbbüsü, şübhəsiz ki, oktyabrın 13-də Rusiya Federasiyası və Türkiyə liderləri arasında Astanada keçiriləcək danışıqların gündəliyində olacaq.
Çərşənbə günü Rusiya Enerji Həftəsi forumunda çıxış edən Rusiya prezidenti Vladimir Putin qeyd edib ki, Baltik dənizinin dibindən keçən "Şimal axını" ilə itirilmiş tranzit həcmi Qara dəniz istiqamətindən ötürülə bilər.
"Bizim təbii qazımızın Türkiyədən keçməklə Avropaya nəqlinin əsas marşrutlarını yaradaq, Türkiyədə Avropa üçün ən böyük qaz qovşağı yaradaq. Əgər Rusiyanın tərəfdaşları bunda maraqlı olarsa", - Putin bildirib. (Marja)