Rusiya Prezidenti Vladimir Putin Avropaya qaz nəqlində Türkiyə ərazisinin başlıca marşrut ola biləcəyini qeyd edib.
Eləcə də bax: Ərdoğan: "Avropanı çətin qış gözləyir"
FED.az xəbər verir ki, bu fikri o, Moskvada keçirilən “Rusiya enerji həftəsi” Beynəlxalq Forumunda səsləndirib. V.Putin, həmçinin Türkiyədə enerji qovşağı yaratmağı da təklif edib.
Dünyanın 70 ölkəsindən 3 mindən çox iştirakçının qatıldığı “Rusiya enerji həftəsi” Beynəlxalq Forumunda Azərbaycanın energetika naziri Pərviz Şahbazovun rəhbərliyi ilə nümayəndə heyəti iştirak edir.
Rusiya Prezidenti “Dünya bazarları: inkişaf naminə əməkdaşlıq” mövzusunda plenar iclasda çıxış edib. İclasda, həmçinin Azərbaycanın energetika naziri Pərviz Şahbazov, Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz, Qazaxıstanın energetika naziri Bolat Akçulakovun çıxışları gözlənilir. (Azərtac)