Neftin bir barelinin qiymətinin 1 dollar artması Türkiyə iqtisadiyyatı üçün əlavə olaraq 400 milyon ABŞ dolları xərc yaradır.
Neft ucuzlaşıb - SON QİYMƏT
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bunu Türkiyənin Enerji və Təbii Sərvətlər naziri Alparslan Bayraktar bildirib.
Nazir qeyd edib ki, Orta Şərqdə baş verən böhrana baxmayaraq, Türkiyənin enerji təchizatı təhlükəsizliyində hər hansı problem mövcud deyil.
Qiymət artımları ilə bağlı sualları da cavablandıran Bayraktar əlavə edib ki, aprel ayı ərzində təbii qaz və elektrik tarifləri ilə bağlı yenidən qiymətləndirmə aparıla bilər. (Marja)











