Dünya bazarlarında neftin qiyməti 100 dollardan aşağı düşüb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, Nyu-York əmtəə birjasında (NYMEX) WTI markalı neftin may fyuçerslərinin qiyməti bir barel üzrə sutka ərzində 3,70 ABŞ dolları azalaraq 88,65 ABŞ dollarına enib.
Londonun ICE birjasında Brent markalı neftin may fyuçerslərinin qiyməti isə 4,92 ABŞ dolları azalaraq 99,57 ABŞ dolları səviyyəsinə düşüb.











