Avropanın energetika bazarlarında və qlobal bazarda investisiya, dəyər idarəçiliyi və bazar təhlili mövzusunda məsləhət xidmətləri göstərən "Timera Energy" şirkəti neft qiymətlərinin gələcək 3-5 il ərzində 100 dolların olduqca üzərinə yüksələcəyini nəzərdə tutduğunu açıqlayıb.
Neft ucuzlaşıb - SON QİYMƏT
FED.az xəbər verir ki. "Timera Energy" şirkətinə görə, karbon emissiyasının azaldılması istiqamətində dünya səviyyəsində addımların atılması ilə zaman içində neftə tələb azalacaq, ancaq başqa amillər nefti bahalaşdıracaqdır.
"Timera Energy" neft qiymətlərini 100 dolların üzərinə yüksəldəcək faktorlar olaraq - neft istehsalını artırmaq üçün yatırılan sərmayələrin azalmasını və istehsal xərcinin artmasını göstərib.
Qeyd edək ki, Dünyanın qabaqcıl neft şirkətlərindən "Shell" və "Total"ın rəhbərləri də, bir barel neftin qiymətinin 100 dollara qədər yüksələ biləcəyini təxmin etdiklərini açıqlayıblar. ABŞ-ın iri banklarından biri olan "Bank of America" da neftin qiymətinin gələn il 100 dollara çata biləcəyini nəzərdə tutur.(marja)