"Azəristiliktəchizat" ASC 2019-cu ili 21,431 milyon manat zərərlə başa vurub. Halbuki qurum 2018-ci ildən 67,959 milyon manat mənfəətlə çıxmışdı.
Eləcə də bax: “Azəristiliktəchizat” yeni qış mövsümünə - 18 Milyon Manat Borcla Daxil Olur
FED.az bu barədə qurumun maliyyə hesabatına istinadən xəbər verir.
Sənədə əsasən, ötən il səhmdar cəmiyyətinin yığılmış zərəri 31,45% artaraq 89,58 milyon manata çatıb.
Bu il yanvarın 1-nə "Azəristiliktəchizat"ın aktivləri 187,852 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 3,5% çoxdur. Hesabat dövründə qurumun öhdəlikləri 2 dəfə artaraq 48,968 milyon manata çatıb, balans kapitalı isə 12,9% azalaraq 136,884 milyon manata düşüb.
Xatırladaq ki, ölkə prezidentinin "İstilik təchizatı sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında" 8 iyun 2005-ci il tarixli sərəncamı əsasında yaradılıb. Onun nizamnamə kapitalı 136,685 milyon manatdır. Səhmdar cəmiyyəti Bakıda və regionlarda yaşayış evlərini və binaları, təhsil, səhiyyə müəssisələrini və digər sosial təyinatlı obyektləri istiliklə təchiz edir. (Report)