Bu günə olan məlumata görə, “Azəristiliktəchizat” ASC-nin təbii qazdan istifadəyə görə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinə 18 milyon manat borcu var.
Eləcə də bax: “Azəristiliktəchizat”: Bu gündən istiliyin verilməsinə başlanılıb
FED.az xəbər verir ki, bunu urumun sədrinin müavini İlham Mirzəliyev deyib.
İ.Mirzəliyevin sözlərinə görə, borc məsələsini hökumət həll edəcək:
““Azəriqaz”a olan borc qış mövsümündə istilik təchizatında problem yaratmayacaq. Qoşulmaların gecikməsi “Azəristiliktəchizat” ASC-nin borcu ilə deyil, texniki məsələlərlə bağlıdır. Borcun ödəniməsi məsələsi ilə hökumət məşğul olacaq”.
Qeyd edək ki, istilik mövsümünün respublikanın dağ və dağətəyi rayonlarında noyabrın 1-dən, digər ərazilərdə, o cümlədən Bakı şəhərində noyabrın 15-dən başlanılır.