1.5 milyard kubmetr qaza qənaət edəcəyik.
FED.az xəbər verir ki, bunu energetika nazirinin müavini Elnur Soltanov Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında “Enerji səmərəliliyi: nəticələr və gözləntilər” mövzusunda ictimai müzakirədə çıxışı zamanı deyib.
"Enerji səmərəliliyi ən ciddi, əhəmiyyətli enerji mənbəyi sayılır. 2030-cu ilədək nəzərdə tutulan 2 giqavatlıq nəticəni, düşünürük ki, 2027-2028-ci ildə əldə edək.
1.5 milyard kubmetr qaza qənəaet edəcəyik. Bu, əhali üçün yaxşı xəbərdir. Bu daha ucuz qaz deməkdir”, – deyə nazir müavini deyib.(Trend)