Rusiya prezidenti Vladimir Putin Rusiya üçün neftin komfortlu qiymətini açıqlayıb.
Eləcə də bax: Tramp bir açıqlamasıyla – NEFT BAZARINI ALT-ÜST ETDİ – SON QİYMƏT
FED.az-ın məlumatına görə, Putin bildirib ki, Rusiya heç vaxt neftin həddən artıq və həddən aşağı qiymətinə can atmayıb: «Bizim büdcəmizdə neft 42 dollardan götürülüb və bu qiymətin ətrafında biz özümüzü daha komfortlu hiss edirik».
Qeyd edək ki, məhz Rusiya və Səudiyyə Ərəbistanın razılığa gələ bilməməsi neftin qiymətinin bir gündə 35% azalmasına səbəb olmuşdu.
Son günlər Rusiya nefti 13-14 dollara enmiş, bəzi hallarda isə hətta maya dəyərinən aşağı satılmışdı. Amma bir gün əvvəl məsələdə ABŞ prezidenti Donald Tramp qarışdı, onun Səudiyyə və Rusiya rəhbərləri ilə telefon danışığından sonra tərəflərin neft hasilatını azaldacağı, bununla da bazarda neft artıqlığını aradan qaldıraraq qiymətləri normal səviyyəyə çatdırması barədə razılıq əldə edildiyi bildirilib.
Qeyd edək ki, Azərbaycan üçün neftin komfortlu qiyməti göstərilməyib. Amma büdcədə neftin qiyməti 55 dollardan göürülüb, hökumət pis ssenari kimi neftin 40 dollardan aşağı düşməsini görür. Hərçənd bir gün əvvəl Azərbaycan nefti 16-19 dollaradək ucuzlaşmışdı.