Neft qiymətləri, bazarlarında yaşanan ümumi yüksəliş ilə əlaqədar artıb.
Azərbaycan neftinin qiyməti 3%-dən çox artıb - SON QİYMƏT
FED.az xəbər verir ki, Çinin koronavirusun Delta variantını da nəzarət altına alması bazarları bir miqdar rahatlaşdırmışdır. Bu da yanacaq tələbinə dair narahatlıqları azaldır.
Marja xəbər verir ki, Bakı vaxtı ilə saat 08:14-də Brent nefti 2,9% bahalaşma ilə 70,72 dollardan, ABŞ xam nefti isə 2,4% bahalaşma ilə 67,19 dollardan ticarət olunub.
Ötən həftə Brent neftinin qiyməti 65 dollardan da aşağı düşmüşdü. Buna koronavirusun Delta variantının yayılması ilə yanacağa tələbin azalacağına dair narahatlıqlar və Dolların güclənməsi səbəb olmuşdu.
Bu gün Asiyada birjalar yüksəlib.(marja)