Azərbaycan neftinin qiyməti yenidən 121 dolları keçib.
Neftin hər 10 dollar bahalaşması Azərbaycanın ixrac gəlirini - 3 MİLYARD DOLLAR ARTIRIR
"Neftin qiymətində hər 1 dollarlıq artım Türkiyəyə 400 milyon dollara başa gəlir"
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, martın 26-da london birjasında keçirilən hərraclarda Azərbaycan neftinin qiyməti 7,6 dollar bahalaşaraq 121,25 dollara yüksəlib.
Qeyd edək ki, ki, bir gün əvvəl nefti n bir barelinin qiyməti 113,7 dollar olmuşdu.
Xatırladaq ki, 2026-cı ildə Azərbaycanın dövlət büdcəsində neftin qiyməti 65 dollardan götürülüb. Hazırki qiymət büdcədəki qiymətdən 56 dollar və ya 86% artıqdır.
Niderlandın ən böyük maliyyə qrupu olan "ING Group" hesablayıb ki, neftin qiymətinin hər 10 dollar/barel artması Azərbaycanın illik ixrac gəlirlərini təxminən 3 milyard dollar artırır. Bu isə ölkə iqtisadiyyatı üçün təxminən ÜDM-in 4%-i həcmində əlavə gəlir deməkdir.
eyd edilib ki, Yaxın Şərqdə gərginliyin artması və enerji bazarlarında risklərin yüksəlməsi fonunda neft qiymətlərinin artması region ölkələrinin iqtisadi göstəricilərinə müxtəlif istiqamətlərdə təsir edir. Enerji ixrac edən ölkələr üçün bu proses əsasən müsbət nəticələr doğurur.











