Bir neçə ildən sonra çoxmərtəbəli binalara təbii qaz daxil olmayacaq, daha təhlükəsiz mühit yaranacaq.
FED.az xəbər verir ki, bunu bu gün Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsi tərəfindən təşkil edilən “İstilik təchizatı haqqında” yeni qanun layihəsi ilə bağlı ictimai dinləmədə energetika nazirinin müavini Elnur Soltanov bildirib.
Nazir müavini deyib ki, indi əsas təhlükəli sayılan məsələ təbii qazın çoxmərtəbəli binalara daxil olması ilə bağlıdır: “Bu qanunun tətbiqindən sonra çoxmərtəbəli binalara təbii qaz daxil olmayacaq”.
Qeyd edək ki, yeni qanun mərkəzləşdirilmiş istilik təchizatı sistemlərinin yaradılmasını nəzərdə tutur. (Apa)