Kanadanın “Zenith Energy” şirkəti Azərbaycanda yerli maliyyə müəssisəsi ilə imzalanmış iki kredit sazişindən biri üzrə borcunu tam, digərini qismən ödəyib.
Eləcə də bax: “Zenith Energy” Azərbaycanda neft hasilatı üzrə - ƏMƏLİYYATLARINI DAYANDIRIB
FED.az xəbər verir ki, şirkət Azərbaycanda ümumilikdə 480 min dollar məbləğində iki kredit sazişi imzalamışdı. Hazırda bu məbləğdən 442 min dolları ödənilib.
“Zenith Energy” borcun faizlərlə birgə qalan hissəsini (54 650 dollar) 2021-ci il iyunun 30-dək ödəməlidir.(Trend)