Azərbaycandan bu ilin yanvar-sentyabr aylarında İtaliyaya 9 milyon 589 min ton neft ixrac edilib.
FED.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, İtaliyaya ixrac edilmiş neftin dəyəri isə təxminən 4 milyard 993 milyon dollar olub.
Son bir il ərzində ixracın həcmində 3 milyon 14 min ton (45,8%), dəyərində isə 829 milyon dollara yaxın (19,9%) artım baş verib.
Qeyd edək ki, 2024-cü ilin yanvar-sentyabr ayında isə Azərbaycan İtaliyaya 4 milyard 164 milyon dollar dəyərində 6 milyon 575 min ton neft ixrac etmişdi.
Bu ilin yanvar-sentyabr aylarının nəticələrinə görə İtaliyaya ixrac edilmiş neftin orta hesabla 1 tonunun dəyəri 885 manat olub ki, bu da 2024-cü ilin müvafiq göstəricisinə görə 192 manat (17,8%) azdır. Ötən ilin müvafiq dövründə bu göstərici 1077 manata bərabər olub.
Xam neftin ixrac olunduğu ölkələrin siyahısında İtaliya həm 2024-cü, həm də 2025-ci ilin yanvar-sentyabr aylarında 1-ci yerdə olub.












