İraq mart ayında 1972-ci ildən bəri neft ixracatından ən yüksək gəlir əldə edib.
“Qazprom” və “Rosneft”in Almaniyadakı zavodları - MÜSADİRƏ OLUNA BİLƏR
FED.az biznes və maliyyə xəbərləri portalı «Shafaq news» portalına istinadla xəbər verir ki, İraqın ötən ay neft ixracatından əldə etdiyi xalis qazanc 11,07 milyard dollara çatıb.
Portalın məlumatına görə, İraq ötən ay 101 milyon bareldən çox neft ixrac edib. İxrac olunan xammalın əhəmiyyətli hissəsi - təxminən 99 milyon bareli ölkənin mərkəzi və cənub bölgələrində yerləşən yataqlardan, 1 milyon bareldən çoxu isə Kərkük əyalətindən çıxarılıb. Statistikaya əsasən, ölkə üzrə gündə təxminən 3,244 milyon barel neft hasil olunub və ixrac neftinin bir bareli orta hesabla 110 dollardan satılıb.
Neft Nazirliyi bundan sonra İraq vətəndaşlarını ixrac əməliyyatları və onlardan əldə edilən gəlirlər barədə hər ay məlumatlandıracaq.