Rusiyanın “Qazprom” və “Rosneft” karbohidrogen nəhənglərinin Almaniyadakı törəmə şirkətləri milliləşdirilə bilər.
Eləcə də bax: “Aprelin 1-nə qədər rublla ödəniş təsdiqlənməsə, qaz tədarükü dayanmayacaq”
FED.az xəbər verir ki, hökumət dairələrindəki mənbələr “Gazprom Germania” və “Rosneft Deutschland” şirkətlərinin Ukraynada hazırkı böhrandan irəli gələn gözlənilməz addımlar atacağı təqdirdə, zəmanətli enerji təchizatının təmin edilməsi məqsədilə milliləşdirilməsinin mümkünlüyünü istisna etmirlər.
Bu iki şirkət bütün ölkənin enerji təminatı sistemində həyati vacib əhəmiyyət kəsb edir. Odur ki, Berlin bu istiqamətdə fövqəladə vəziyyətlərin baş verməməsində maraqlıdır.
“Gazprom Germania” Almaniyada bütün qaz anbarlarının operatorudur. Eyni zamanda, “Rosneft Deutschland” şirkətinin neft emalı zavodları iqtisadiyyatın bu sektorunda böyük paya sahibdir. (Azərtac)