Azərbaycandan bu ilin yanvar-oktyabr aylarında Hindistana cəmi 250,1 min ton neft ixrac edilib.
FED.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, Hindistana ixrac edilmiş neftin dəyəri isə 126,1 milyon dollar olub.
Son bir il ərzində ixracın həcmində 918,7 min ton (4,7 dəfə), dəyərində isə 603 milyon dollar (5,8 dəfə) kəskin azalma baş verib.
Qeyd edək ki, 2024-cü ilin yanvar-oktyabr ayında isə Azərbaycan Hindistana 729,8 milyon dollar dəyərində 1 milyon 168,9 min ton neft ixrac etmişdi.
Bu ilin yanvar-oktyabr aylarının nəticələrinə görə Hindistana ixrac edilmiş neftin orta hesabla 1 tonunun dəyəri 504 dollar olub ki, bu da 2024-cü ilin müvafiq göstəricisinə görə 120 dollar (19,2%) azdır. Ötən ilin müvafiq dövründə bu göstərici 624 dollara bərabər olub.
Xam neftin ixrac olunduğu ölkələrin siyahısında Hindistan 2025-ci ildə 13-cü, 2024-cü ildə isə 4-cü yerdə olub.










