Bu həftə ərzində (25-29 may) dünya bazarında "Azeri Light" (CIF) markalı neftin orta qiyməti dəyişməyib.
Eləcə də bax: Neft son 3 ayda ən yüksək həddə qalxdı – YENİ QİYMƏT
FED.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti həftə ərzində orta hesabla 35,84 dollara bərabər olub.
Həftə ərzində ən yüksək göstərici – 37,14 dollar təşkil edib, ən minimal göstərici isə 35,09 dollar səviyyəsində olub.