Dünya bazarında neftin qiyməti son 3 ayda ən yüksk həddə qalxıb. 
FED.az xəbər verir ki, artım həm London, həm də Nyu-York birjasında müşahidə olunur. 
Belə ki, Londonda Brent markalı neftin qiyməti, 6% artaraq 38,17 dollara yüksəlib. Bu martın 6-dan indiyədək neftin ən yüksək qiymətidir. 
ABŞ-da isə WTI neftinin qiyməti martın 11-dən bəri ən yüksək həddə qalxaraq 35 dolları keçib. 4,6%-lik artımdan sonra neft 35,27 dollar olub. 
Neft son 3 ayda ən yüksək həddə qalxdı – YENİ QİYMƏT
                            
                            
                        
                            02:24
                            30 May 2020
                        
                        

            

                
                
                
                
                
                
                
                
                
                
                
                







