"Fitch Ratings" beynəlxalq reytinq agentliyinin proqnozuna görə, SOCAR 2020-ci ildə neft hasilatını 11% azaldacaq.
Eləcə də bax: SOCAR nümayəndəsi: «Neft məhsullarının istehlakı 50-60% azalıb»
FED.az məlumat verir ki, bu barədə "Fitch Ratings" agentliyinə istinadən xəbər verilir.
Qeyd edək ki, ötən il SOCAR birbaşa öz imkanları ilə istismar etdiyi yataqlarda 7,7 mln. ton neft hasil edib ki, bu da 2018-ci ilin göstəricisi ilə müqayisədə 2% çoxdur.
Bununla yanaşı, agentliyin proqnozuna əsasən, 2022-ci ildə SOCAR üzrə neft hasilatı artacaq və 2018-ci ilin göstəricisinin səviyyəsindən yuxarı olacaq.
Xatırladaq ki, 2018-ci ildə SOCAR 7,54 mln. ton neft hasil edib.
Əlavə etmək lazımdır ki, "Fitch Ratings" SOCAR-ın emitentinin uzunmüddətli defolt reytinqini (IDR) və emitentin təmin edilməmiş borc reytinqini "BB+" səviyyəsində təsdiqləyib, reytinq üzrə proqnozu isə "stabil"dən "mənfi"yə endirib. Reytinq üzrə proqnozun "mənfi"yə dəyişməsinin əsas səbəbi Azərbaycanın uzunmüddətli IDR-i üzrə proqnozun "stabil"dən "mənfi"yə endirilməsi olub.
Apa