Vətəndaşlar 199 çağrı mərkəzinə zəng etdiyi zaman heç bir vəsait xərcləmir. Çağrı mərkəzinə zənglər pulsuzdur.
FED.az xəbər verir ki, bu barədə qurumun 2023-ci ilin yekunlarına həsr olunmuş mətbuat kofransında “Azərişıq” ASC-nin Tədris və İnnovasiyalar Mərkəzinin direktoru Araz Məmmədzadə deyib.
30-40 dəqiqə gözləmə məsələsinə gəlincə zəngin səbəbi həmin çağrı mərkəzində olan avtomatik cavablandırma sistemində qeyd edilə bilmirsə, əgər yönləndirmələrdən istifadə edilmirsə, yalnız operatora qoşulmağı gözləyirsə vətəndaşda bu zaman gözləmə yarana bilər. Cavablandırmanın sürətləndirilməsi istiqamətində işlər aparılır, düşünürəm ki, çox qısa bir müddətdə sosial şəbəkələr üzərindən cavablandırılması təmin ediləcək.
Qeyd edək ki, 3 milyona yaxın abonent var. Vətəndaşlar müraciət etdiyi zaman daha aydın dəqiq şəkildə müraciətlər bildirməlidir ki, digər vətəndaşların gözləmə müddətinə təsir etməsinlər.
"Əvvəlki illərə nisbətən vətəndaşların cavablandırması və növbədə gözləmə müddəti xeyli azalıb. Hər hansı bir operatordan zəng edildiyi təqdirdə vətəndaşın balansından vəsait çıxa bilməz. Çünki operatorlarla müqavilə bağlanıb". -deyə Araz Məmmədzadə bildirib.