Cari ilin yanvar-sentyabr aylarında Azərbaycan neftinin orta qiyməti 70 dollar dəyərində formalaşıb.
FED.az xəbər verir ki, bunu Mərkəzi Bankın statistika departamentinin direktoru Samir Nəsirov tədiyə balansının açıqlanmasına həsr olunmuş brifinqdə deyib.
Onun sözlərinə görə, neftin qiyməti ötən ilin eyni dövrü ilə müqayisədə 18% azalıb: "Həmçinin bu dövrdə Azərbaycanın xaricə satdığı qazın qiyməti 12% artıb. Cari ilin ilk 9 ayında Azərbaycanın xaricə satdığı qazın orta qiyməti min kub metr üçün qiyməti 294 dollara çatıb".










