Cari ilin ilk 9 ayında Azərbaycanın xaricə satdığı qazın orta qiyməti min kub metr üçün qiyməti 294 dollara çatıb.
FED.az xəbər verir ki, bunu Mərkəzi Bankın statistika departamentinin direktoru Samir Nəsirov tədiyə balansının açıqlanmasına həsr olunmuş brifinqdə deyib.
O, bildirib ki, qazın qiyməti illik müqayisədə 12% artıb.










