Brent neftinin qiyməti dünən iyunun 21-də ilk dəfə olaraq 75 dolları keçib.
"Bank of America": Neftin qiyməti gələn il - 100 Dollara Çata Bilər
FED.az xəbər verir ki, bu 2019-cu ilin aprelindən indiyədək Brentin ən yüksək qiymətidir. Ötən gün birjada keçirilən hərraclarda qiymətlər 75,02 dollar olub.
«Bloomberg»in məlumatına görə, bu ilin əvvəlindən neftin qiyməti 40% artıb. Buna səbəb koronavirusun qarşısının alınması, Çin, ABŞ və Avropada tyanacağa tələbatın yüksəlməsidir.
Bununla yanaşı, virusun bəzi Asiya ölkələrinə qayıtması göstərir ki, dünya iqtisadiyyatının bərpası o qədər də asan olmayacaq.
Bəzi iri neft treyderləri isə neftin qiymətinn 100 dollara yüksələ biləcəyini qeyd edirlər. Onların fikrincə, neft sahəsinə investisiyalar azaldığına görə, qarşıdakı illərdə hasilatda problemlər yarana bilər, bu da özünü qiymətdə göstərəcək.
Qeyd edək ki, pandemiya dövründə dünyada istifadə edilməmiş böyük neft ehtiyatları oplanmışdı, amma aprel ayında bu ehtiyatlar tükənib.