"Brent" markalı neftin qiyməti artmaqda davam edir. Qiymət artımı 3,7%-ə yaxın olub.
Eləcə də bax: Bu gün neft ilə bağlı kritik qərar gözlənilir - QİYMƏTLƏR ARTA DA, ÇÖKƏ DƏ BİLƏR
FED.az xəbər verir ki, Bakı vaxtı ilə saat 13:00-da "Brent" neftinin bir bareli üçün iyun fyuçerslərinin qiyməti 3,68% artaraq 34,05 ABŞ dolları təşkil edib.
WTI markalı neftin may fyuçerslərinin qiyməti isə 4,74% artaraq 26,28 dollara çatıb.