Dünya birjalarında neftin qiyməti bahalaşmaqda davam edir.
Eləcə də bax: “OPEC+" iştirakçılarının əksəriyyəti neft hasilatını - AZALTMAĞA HAZIRDIR
FED.az xəbər verir ki, bunu hərracların nəticələri göstərir.
Belə ki, Bakı vaxtı ilə saat 05:48-ə olan duruma görə, “Brent” markalı neftin iyun fyuçerslərinin qiyməti 3,24% artaraq bir barel üçün 34,12 ABŞ dollarına çatıb.
WTI markalı yüngül neftin may fyuçerslərinin qiyməti isə 4,1% artaraq bir barelə görə 27,15 ABŞ dolları təşkil edib.