Böyük Britaniyanın neft və qaz nəhəngi BP Plc-nin 2022-ci ildə səhmdarlarına aid olan xalis zərəri 2 milyard 487 milyon dollar təşkil edib. Şirkət 2021-ci ili 7 milyard 565 milyon dollar xalis mənfəət ilə bağlamışdı.
BP: "Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə ixrac əməliyyatları davam edir"
FED.az şirkətin maliyyə hesabatlarına istinadən xəbər verir ki, səhmbaşına zərər 2021-ci ildəki 0,37 dollar olan mənfəətlə müqayisədə 2022-ci ildə 0,13 dollar zərər təşkil edib.
Ötən il şirkətin gəlirləri 1,5 dəfə artaraq 248 milyard 891 milyon dollar təşkil edib.
Dördüncü rübdə şirkətin xalis mənfəəti 4,6 dəfə artaraq 10 milyard 803 milyon dollar olub. Gəlir isə 35% artaraq 70 milyard 356 milyon dollara çatıb.
2022-ci ildə BP-nin hasilatının həcmi gündəlik 2 milyon 253 min barel neft ekvivalenti təşkil edib ki, bu da əvvəlki ilin analoji göstəricisindən 1,6% çoxdur.
Britaniyanın BP şirkəti dünyanın altı ən böyük neft və qaz korporasiyasından biridir. Şirkət 1909-cu ildə yaradılmışdır. (Marja)