2020-ci ilin yekunlarına əsasən, BP son 10 ildə ilk dəfə olaraq ili zərərlə başa vurub. Enerji sektorunun nəhənginin zərəri ötən il 5,69 mlrd. ABŞ dolları təşkil edib.
Eləcə də bax: BP şirkətində işləyən Azərbaycan vətəndaşlarının - Sayı Azalıb
FED.az xəbər verir ki, zərərin əsas səbəblərində biri kimi, COVID-19 pandemiyası və şirkətin II rübdə 6,5 mlrd. dollar dəyərində xam neft və qaz aktivlərinin silməsi göstərilir.
Təkcə 2020-ci ilin IV rübündə BP-nin xalis zərəri 115 mln. dollara bərabər olub ki, bunun da əsas drayverləri enerji resurslarına zəif tələbat və bunun nəticəsi olaraq aşağı yanacaq və qaz satışları olub.
Qeyd edək ki, 2019-cu ili BP 10 mlrd. dollar məbləğində mənfəətlə başa vurmuşdu. (Apa)