2020-ci ilin üçüncü rübün sonunda bp şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2497 nəfər olub və bura müddətli müqavilə əsasında işləyən işçilər də daxildir.
Eləcə də bax: BP-dən Biznes əməliyyatları - Hesabatı
FED.az xəbər verir ki, bu bardə "BP Azərbaycan" şirkətindən bildirilib.
Müqayisə üçün qeyd edək ki, 2019-cu ilin üçüncü rübünün sonunda BP şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2524 nəfər idi.
2018-ci ilin ortalarından bp-nin ixtisaslı işçilərinin 90%-ni milli kadrlar təşkil edir. İxtisası olmayan işçilər isə 100% yerli vətəndaşlardan ibarətdir. (Marja)