Rusiyanın energetika naziri Aleksandr Novak yaxın dövrlərdə neft qiymətlərinin ucuz qalacağını düşünür.
FED.az xəbər verir ki, nazir “qara qızıl” bazarında qeyri-müəyyənlikdən danışıb.
“Aydındır ki, situasiya müəyyənləşməyənə qədər bizi ucuz neft dövrü gözləyir. Buna dözməliyik. Əgər bu gün biz ucuzlaşmanın şahidi oluruqsa, bu o demək deyil ki, həmişə belə olacaq”- deyə nazir deyib.
O, OPEK+ razılaşmasının qüvvəyə minməsindsən sonra daha aydın mənzərə ilə üzləşəcəklərini əlavə edib.
“Artlıq mayda bəzi ölkələrin karantindən vaz keçəcəyini gözləyirik. Bu tələbatı artıracaq. Əsas OPEK+ razılaşmasının qüvvəyə minməsindən sonra yaranacaq vəziyyətdir”.
Modern