"Azəristiliktəchizat" ASC 2017-ci ili 18,825 milyon manat xalis zərərlə başa vurub.
FED.az xəbər verir ki, bununla da, qurumun ödənilməmiş zərəri 136,108 milyon manata çatıb.
Bu il yanvarın 1-nə "Azəristiliktəchizat"ın aktivləri 182,288 milyon manat təşkil edib ki, bu da illik müqayisədə 4,7% azdır. 2017-ci ildə səhmdar cəmiyyətinin uzunmüddətli öhdəlikləri 3,9% azalaraq 157,19 milyon manata, qısamüddətli aktivləri isə 9,3% azalaraq 25,097 milyon manata düşüb.
Hesabat dövründə "Azəristiliktəchizat"ın öhdəlikləri 12,3% artaraq 98,578 milyon manata çatıb. Bunun 10,937 milyon manatı ötən il yaranmış uzunmüddətli öhdəliklər, 87,641 milyon manatı isə qısamüddətli öhdəliklərdir ki, bu da illik müqayisədə 0,2% azdır.
İl ərzində səhmdar cəmiyyətinin balans kapitalı isə 19% azalaraq 83,709 milyon manat, o cümlədən nizamnamə kapitalı 7,1 dəfə artaraq 136,685 milyon manat olub.