Noyabrın 2-də respublika ərazisində ümumi sutkalıq təbii qazın qəbulu 14 milyon 82 min kubmetr təşkil edib.
Türkmənistan Azərbaycana ildə 3 milyard kubmetr qaz - TƏDARÜK EDİR
FED.az xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin Rejimlərə nəzarət və mərkəzi dispetçer şöbəsinin rəisi Rasim Əhmədov bu gün media və QHT nümayəndələri üçün keçirilən “Açıq qapı” aksiyası zamanı bildirib.
Onun sözlərinə görə, Bakı şəhəri və Abşeron yarımadası üzrə qəbul 9 milyon 521 min kubmetr, regionlar üzrə isə bu rəqəm 4 milyon 561 min kubmetr təşkil edib: “Respublika ərazisində ümumi sutkalıq təbii qazın qəbulunun 62 %-i Bakı və Abşeron yarımadasının, 32 %-i isə regionların payına düşüb”.
R. Əhmədov bildirib ki, bu, ötən ilin müvafiq tarixinə qazın qəbulu üzrə göstərici 20 milyon kubmetr səviyyəsində olub: “Beləliklə, ötən ilin müvafiq göstəricisi ilə müqayisədə bu ilin noyabrın 2-də “Azəriqaz” 6 milyon kubmetr az qaz qəbul edib, bu da temperatur şəraiti ilə bağlıdır”. (Report)