Türkmənistan svop müqaviləsinə əsasən, İran vasitəsilə Azərbaycana ildə 3 milyard kubmetr qaz tədarük edir ki, bunun həcmi artırıla bilər.
Türkmənistandan Azərbaycana İrandan keçməklə gündəlik 7 milyon kubmetr qaz - NƏQL OLUNUR
FED.az xəbər verir ki, bu sözləri “Türkmənqaz” konserninin rəhbəri Murat Arçayev Aşqabadda keçirilən “Türkmənistanın neft və qazı-2023” beynəlxalq konfrans və sərgisində mətbuat nümayəndələrinə deyib. O bildirib ki, cari ilin sonuna kimi ölkədəki təbii qaz yataqlarından 80 milyard kubmetr qaz hasil olunacaq ki, bunun da 73 milyard kubmetri “Türkmənqaz” konserninin payına düşüb.
Konsern rəhbəri nəzərə çatdırıb ki, Türkmənistan əsasən Çin, Özbəkistan, Rusiya və Azərbaycana təbii qazının ixracını davam etdirəcək. (Azərtac)