Azərbaycanda 2022-ci ildə neft və qaz sektoruna edilən investisiyaların həcmi 6 942,6 mln. manata çatacaq. Bu, 2021-ci ilin proqnoz göstəricisi ilə müqayisədə 3,1% çoxdur.
Eləcə də bax: Maliyyə naziri: "Neftdən asılılığımızı azaltmalıyıq"
FED.az xəbər verir ki, bu barədə büdcə zərfinə daxil olan "Azərbaycan Respublikasının 2021-ci il və növbəti 3 il üçün iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri"nə istinadən xəbər verir.
2021-ci ildə investisiyaların həcminin 6 731,6 mln. manat olacağı gözlənilir.
Belə ki, 2023-cü ildə bu göstərici 5 965,9 mln. manat, 2024-cü ildə isə 5 035,4 mln. manat təşkil edəcək, bu da 2021-ci ilin proqnoz göstəricisi ilə müqayisədə müvafiq olaraq 11,4% və 25,2% azdır.
Göründüyü kimi, Azərbaycanın neft-qaz sektoruna 2021-2024-cü illərdə 24 675,5 mln. manat həcmində investisiyaların yatıracağı gözlənilir. (Apa)