2024-cü il ərzində Azərbaycandan xaricə 94 milyon 144 min dollar dəyərində 1 milyard 753 milyon kvt/saat elektrik enerjisi ixrac edilib.
FED.az bu barədə Gömrük Komitəsinin hesabatına istinadən xəbər verir ki, elektrik enerjisi ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 308 milyon 339 min dollar və ya 4,3 dəfə, miqdar ifadəsilə isə 2 milyon 567 min kvt/saat, başqa sözlə 2,5 dəfə azalıb.
2023-cü ildə isə ümumilikdı xaricə elektrik enerjisi ixarcı 402 milyon 483 min dollar dəyərində 4 milyard 319 milyon 2 kvt/saat təşkil edib.
Ötən il Azərbaycanın ixrac etdiyi hər min kVt/saat elektrik enerjisinin orta ixrac qiyməti 91 manat 30 qəpik təşkil edib. 2023-cü ilin eyni dövründə isə bu rəqəm 158 manat 39 qəpik idi. Bu da illik müqayisə ilə 67 manat 09 qəpik və ya 42,4% azalma deməkdir.
Hesabat dövründə elektrik enerjisi ixracı Azərbaycanın ümumi ixracında 0,35 %, qeyri-neft sektoru üzrə ixracında isə 2,80% paya malik olub.
Əvvəlki ilin müvafiq dövründə isə elektrik enerjisi ixracı Azərbaycanın ümumi ixracında 1,19%, qeyri-neft sektoru üzrə ixracında isə 12,02% paya malik olub.