Ötən həftə ərzində (16-20 avqust) dünya bazarında "Azeri Light" (CIF) markalı neftin 1 barelinin orta qiyməti 67,85 ABŞ dollarına bərabər olub ki, bu da əvvəlki həftənin orta qiyməti ilə müqayisədə 2,59 dollar və ya 3,68% azdır.
FED.az xəbər verir ki, həftə ərzində ən yüksək göstərici (II gün) - 69,71 dollar təşkil edib, ən minimal göstərici (IV gün) isə 65,41 dollar səviyyəsində olub.(Apa)