Ötən həftə ərzində dünya bazarlarında "Azeri Light" (CIF) markalı neftin 1 barelinin orta qiyməti 86,966 dollarına bərabər olub ki, bu da əvvəlki həftənin orta qiyməti ilə müqayisədə 4,25 dollar və ya 4,66% azdır.
FED.az xəbər verir ki, həftə ərzində ən yüksək göstərici (I gün) – 90,71 dollar təşkil edib, ən minimal göstərici (III gün) isə 85,02 dollar səviyyəsində olub.