Prezident İlham Əliyevin fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna bu günə kimi 111 407 646 manat ianə edilib.
Eləcə də bax: Koronavirusla Mübarizə Fonduna yığılan pullar - BELƏ XƏRCLƏNƏCƏK
FED.az xəbər verir ki, ianələri köçürənlər arasında həm hüquqi, həm də fiziki şəxslər var. Belə ki, Fonda 2835 hüquqi, 9035 fiziki şəxs ianə köçürüb.
Xatırladaq ki, Koronavirusla Mübarizəyə Dəstək Fondu martın 19-da yaradılıb.
Fonda köçürülən vəsaitlər koronavirusla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə, o cümlədən, xüsusi rejimli tibb müəssisələrinin formalaşdırılmasına, tibb sahəsində çalışan işçilərin mükafatlandırılmasına və onlara maddi yardım göstərilməsinə, tibb müəssisələrinin infrastrukturunun təkmilləşdirilməsinə, maddi-texniki bazasının gücləndirilməsinə və s. yönəldiləcək.
Qafqazinfo