Azərbaycandan bu ilin yanvar-fevral aylarında İtaliyaya 2 milyon 415,5 min ton neft ixrac edib.
FED.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Məlumata görə İtaliyaya ixrac edilmiş neftin dəyəri isə təxminən 1 milyard 366,3 milyon dollar olub.
Son bir il ərzində ixracın həcmində 787 min ton (48,3%), dəyərində isə 333,4 milyon dollar (32,3%) artımbaş verib.
Qeyd edək ki, 2024-cü ilin yanvarın-fevral ayında isə Azərbaycan İtaliyaya 1 milyard 33,9 milyon dollar dəyərində 1 milyon 628,5 min ton neft ixrac etmişdi.
Ötən il ərzində İtaliyaya ixrac edilmiş neftin orta hesabla 1 tonunun dəyəri 962 manat olub ki, bu da 2024-cü ilin müvafiq göstəricisinə görə 116 manat (10.8%) azdır.
Xam neftin ixrac olunduğu ölkələrin siyahısında İtaliya 2025-ci və 2024-cü ilin yanvar-fevral aylarında 1-ci yerdə olub.