Bu ilin yanvar ayında Azərbaycandan 1 milyard 903 milyon dollar həcmində 3 milyon 461min ton xam neft ixrac edilib.
FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, xam neft ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 1 milyard 40 milyon dollar və ya 2,2 dəfə, miqdar ifadəsilə isə 1 milyon 998 min ton, başqa sözlə 2,4 dəfə.
Qeyd edək ki, 2024-cü ilin yanvar ayı ərzində Azərbaycandan 863,4 milyon dollar dəyərində 1 milyon 462 min ton xam neft ixrac olunmuşdu.
Bu ilin yanva ayında Azərbaycanın ixrac etdiyi xam neftin 1 tonunun orta ixrac qiyməti 935 manat təşkil edib. 2023-cü ilin eyni dövründə isə bu rəqəm 1 004 manat idi. Bu da illik müqayisə ilə 69 manat və ya 6,9% ucuzlaşma deməkdir.
Bu il ilk ayında ümumi ixracın 62,63%-i xam neftin payına düşüb.Ötən ilin eyni dövründə isə bu göstərici 46,83% olub.
Qeyd edək ki, bu dövrdə Azərbaycan nefti ən çox İtaliyaya ixrac olunub. Bu ölkəyə ixrac edilmiş neftin həcmi 1 milon 688 ton təşkil edib. İxracın dəyəri isə 932,7 milyon dollara bərabər olub.
İkinci pillədə 409,9 tonla Almaniya gəlir.
Çexiya isə 364,7 tonla üçüncü gəlir.
Hesabat dövründə ən az neft 8,6 ton olmaqla Türkiyəyə edilib.
Bu dövrdə neft ən baha qiymətə - 966 manata Rumıniyaya, ən ucuz qiymətə - 94 manata Çexiyaya satılıb.
S/n |
Ölkələr |
Miqdar (ton) |
Staistik dəyər (dollar) |
1 tonun orta ixrac qiyməti (dollar) |
1 tonun orta ixrac qiyməti (manat) |
№ |
Cəmi |
3 460 827 |
1 903 035 780 |
$ $550 |
935₼ |
1 |
İtaliya |
1 687 730 |
932 715 480 |
$553 |
939₼ |
2 |
Almaniya |
409 959 |
223 278 370 |
$545 |
926₼ |
3 |
Çexiya |
364 669 |
2 0264 300 |
$56 |
94₼ |
4 |
Xorvatiya |
338 949 |
188 199 240 |
$555 |
944₼ |
5 |
Portuqaliya |
215 986 |
109 076 820 |
$505 |
859₼ |
6 |
Rumıniya |
184 525 |
104 822 290 |
$568 |
966₼ |
7 |
Böyük Britaniya |
130 605 |
73 435 950 |
$562 |
956₼ |
8 |
Yunanıstan |
94 446 |
52 588 250 |
$557 |
947₼ |
9 |
İrlandiya |
25 316 |
12 426 280 |
$491 |
834₼ |
10 |
Türkiyə |
8 642 |
4 228 790 |
$489 |
832₼ |