2021-ci ildə Azərbaycanın pərakəndə ticarət şəbəkəsində istehlakçılar tərəfindən təkcə avtomobil benzini və dizel yanacağına 2,494 mlrd. manat xərclənib.
Eləcə də bax: SOCAR avtomobil benzini istehsalını 7%, dizel istehsalını - 19% ARTIRIB
FED.az biznes və maliyyə xəbərləri portalı Apa-ya istinadən xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatları əsasında aparılan hesablamalara görə, bu, 2020-ci ilin eyni dövrü ilə müqayisədə 3,9% çoxdur.
Təkcə dekabr ayında əhali avtoyanacağa 200,9 mln. manat xərcləyib ki, bu da noyabr ayı ilə müqayisədə 6,9%, 2020-ci ilin dekabr ayı ilə müqayisədə isə 25,1% çoxdur.