2021-ci ilin yanvar-noyabr aylarında Azərbaycanda neft məhsullarının istehsalı ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə dəyər ifadəsində 14,6% - 3 milyard 984,4 milyon manata qədər ($2 milyard 343,8 milyon) artıb.
Eləcə də bax: 2023-cü ildə Azərbaycan "Avro-5" standartlı benzin istehsalına - BAŞLAYACAQ
FED.az biznes və maliyyə xəbərləri portalı İnterfax-a istinadən xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə 1 milyon 138,9 min ton (artım 6,8%) avtomobil benzini, 370,7 min ton (artım 2,3 dəfə) birbaşa qovulan benzin (nafta), 2 milyon 238,8 min ton (artım 19%) dizel yanacağı, 59,3 min ton (artım 1,5%) soba mazutu, 46,5 min ton (artım 60,9%) sürtkü yağı, 235 min ton (artım 30,9%) neft koksu istehsal edilib.
Yanvar-noyabr aylarında 347,2 min ton neft bitumu (2020-ci ilin 11 ayının göstəricisinə uyğundur) və 440,2 min ton təyyarə yanacağı (azalma 4,1%) istehsal edilib.
2021-ci il dekabrın 1-nə Bakı Neft Emalı Zavodunun anbarlarında 36,3 min ton avtomobil benzini, 0,7 min ton nafta, 16,6 min ton təyyarə yanacağı, 82,9 min ton dizel yanacağı, 12,3 min ton soba mazutu, 9,2 min ton sürtkü yağı, 19,1 min ton neft bitumu, 7,7 min ton neft koksu var.
Hazırda Azərbaycanda yalnız bir neft emalı zavodu - Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu fəaliyyət göstərir.