Dünən ICE birjasında hərrac başa çatanda qazın qiyməti min kubmetr üçün 1250 dollardan da aşağı düşüb.
FED.az xəbər verir ki, bu, çərşənbə günü qeyd edilən tarixi maksimumdan (min kubmetr üçün 1920 dollar) 1,5 dəfə (54%) aşağıdır.
Çərşənbə günü keçirilən hərracda da əvvəlki günlərdə olduğu kimi bir neçə dəfə rekor yenilənib. Açılışda, noyabr fyuçerslərinin qiyməti 1500 dolları, daha sonra min kubmetr üçün 1600 dolları keçib. Nəhayət, günorta saatlarında noyabr fyuçerslərinin qiyməti səhər saatlarında 1000 kubmetr üçün 1936 dollara qalxıb ( və ya hər MW saata görə 161,5 avro. ICE qiymətləri MW saat üçün avro ilə təqdim olunur). Bu səviyyədən sonra qiymət düşməyə başlayıb və ticarətin sonuna qədər geriləyib. Qazın ucuzlaşmasına Rusiya Prezidenti Vladimir Putinin açıqlamalarının səbəb olduğu bildirilir.
Bir neçə aydır ki, Avropa yeraltı anbarların doluluq səviyyəsinin aşağı olması və Asiyada qaza tələbatın rekord artması fonunda qaz bahalaşır. (Marja)