Avropada təbii qazın qiyməti iki gündür 1000 USD/1000 kubmetrdən azdır.
FED.az biznes və maliyyə xəbərləri portalı Report-a istinadən xəbər verir ki, Londonun “İCE Futures” birjasındakı hərracda TTF onlayn qaz satışı mərkəzindəki dekabr fyüçersləri 988 USD/1000 kubmetrdən satılır.
Bütövlükdə bu gün region üzrə "mavi yanacaq" 1 faizədək bahalaşıb.