Avropa birjalarında təbii qazın qiyməti 1 400 dollar həddini keçib.
FED.az xəbər verir ki, son saatlarda Niderlandın TTF habında noyabr fyuçersləri üzrə qazın min kubmetri 1 427,4 dollara alınıb-satılır.
Qeyd edək ki, bu gün səhər saatlarında qaz qiymətləri 12 faiz bahalaşaraq, 1 300 dollar həddini keçmişdi. Təbii qaz hazırda ötən günlə müqayisədə 20 faiz bahalaşıb.
Ötən gün təbii qazın qiymətləri 1 200 dollar həddini keçsə də, günün sonunda 1 160 dollaradək azalmışdı. Ötən həftə isə təbii qazın qiyməti Avropada tarixdə ilk dəfə min dollara, daha sonra 1 100 dollaradək artmışdı.
Xatırladaq ki, avqustun sonunda təbii qazın min kubmetri 590 dollar idi. (Trend)