Avropa birjalarında təbii qaz qiymətləri kəskin bahalaşıb.
FED.az xəbər verir ki, Niderlandın TTF habında təbii qazın min kubmetrinin qiyməti 1 400 dolları ötüb.
Son saatlarda təbii qazın mart fyuçersləri 1 414,5 dollar ətrafında alınıb-satılır.
Təbii qaz ötən günlə müqayisədə 35 faizə yaxın bahalaşıb.